SON XƏBƏRLƏR

ABŞ-dan SEPAH-a yeni sanksiyalar

2026.07.15, 20:30
ABŞ-dan SEPAH-a yeni sanksiyalar

Vaşinqton SEPAH-la əlaqəli yeddi şəxs və qurumu sanksiyaya məruz qoydu.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi çərşənbə günü SEPAH-ı dəstəkləyən beynəlxalq şəbəkənin tərkibində fəaliyyət göstərən yeddi şəxs və quruma sanksiya tətbiq etdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu addım İranın Hörmüz boğazında ticarət gəmilərinə həyata keçirdiyi hücumlardan sonra atılıb.

Bəyanata əsasən, sanksiyaya məruz qalan şəxs və qurumlar xarici aviaşirkətlərdən, nəqliyyat şirkətlərindən, maliyyə kanallarından və səfər koordinatorlarından istifadə edərək SEPAH-ın avadanlıq və silah təminatı, eləcə də qüvvələrin daşınması ilə bağlı fəaliyyətini gizlədiblər.

Vaşinqton bu şəbəkəni SEPAH-ın müxtəlif ölkələrdə avadanlıq təminatı və qüvvələrin daşınmasına dəstək verən beynəlxalq fəaliyyətinin bir hissəsi kimi qiymətləndirib.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar