SON XƏBƏRLƏR

ABŞ-ın gecə zərbələri nəticəsində Hörmüzqan əyalətində beş körpü vurulub

2026.07.17, 11:16
ABŞ-ın gecə zərbələri nəticəsində Hörmüzqan əyalətində beş körpü vurulub

Hörmüzqan əyalətində ABŞ-ın gecə və cümə günü səhər saatlarında həyata keçirdiyi zərbələr nəticəsində beş körpü vurulub.

Gunaz.tv

Bu barədə əyalət qubernatorluğunun açıqlamasında bildirilib.

Qubernatorluğun məlumatına görə, zərbələr Kəhurestan körpüsünü, eləcə də Xəmir rayonunda yerləşən daha dörd körpünü hədəf alıb.

Açıqlamada zərər görən körpülər bunlar kimi sadalanıb: Bəndər-Abbas–Xəmir–Lar avtomobil yolundakı Gərivə körpüsü, Bəndər-Abbasdan Xəmir və Lara gedən marşrut üzərində Latidan kəndindən (Kələmtəli) sonrakı körpü, Kəhurestan–Lar yolunda yerləşən iki körpü, Bəndər-Xəmir–Keşər–Bəndər-Abbas yolunda tikintisi başa çatmamış bir körpü və Xəmir rayonunun Maru kəndində yerləşən körpü.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar