SON XƏBƏRLƏR

Müctəba Xamenei İranı tərk edib- İddia

2026.07.19, 11:53
Müctəba Xamenei İranı tərk edib- İddia

İslam Respublikasının yeni lideri Müctəba Xamenei hazırda İranda deyil və daxili hadisələrlə əlaqəsini itirib.

Gunaz.tv

Bu barədə Səudiyyə Ərəbistanının Əl-Hədəs şəbəkəsi İsrail təhlükəsizlik rəsmisinə istinadən bildirib. 

Mənbənin iddiasına görə, Müctəba Xamenei adından bu yaxınlarda dərc edilən mesajlar və bəyanatlar Əhməd Vahidi və bir sıra yüksək vəzifəli SEPAH komandirləri tərəfindən hökumətin zirvəsində davamlı nəzarət görüntüsü yaratmaq üçün hazırlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl uçuş izləmə sistemlərinin verdiyi məlumatlara və dərc olunmuş xəbərlərə görə, Moskvanın Vnukovo hava limanından qalxan Rusiya Strateji Komandanlığı təyyarəsi ("Qiyamət Təyyarəsi" Tu-214PU kimi tanınır) Tehrana eniş edib.

Müctəba Xameneinin həmin təyyarə vasitəsilə İranı tərk etməsi ehtimal olunur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar