SON XƏBƏRLƏR

İran iqtisadiyyatı investisiya çatışmazlığı yaşayır

2026.07.21, 14:18
İran iqtisadiyyatı investisiya çatışmazlığı yaşayır

İran Mərkəzi Bankının keçmiş rəhbəri Hüseyn Əbdoh Təbrizi bildirib ki, bank sektorunda islahatlar zəruridir.

Gunaz.tv

Onun sözlərinə görə, maliyyə institutları "pul çap edən mexanizmlər deyil, kapitalı səmərəli şəkildə bölüşdürən qurumlara çevrilməlidir."

Hesablamalara görə, zədələnmiş infrastrukturun bərpası, iqtisadi artımın yenidən təmin olunması və sənayenin modernləşdirilməsi üçün təxminən 500 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac var.

Mütəxəsislərin fikrincə daxili maliyyə resursları bu tələbatı qarşılamaq üçün kifayət etmir. Buna görə də xarici investisiyaların cəlb edilməsi və İranın qlobal iqtisadiyyata daha geniş inteqrasiyası qaçılmazdır.

Donya-ye Eghtesad Media Qrupunun direktoru Əlirza Bəxtiyarinin sözlərinə görə, İranın daxili iqtisadi problemlərinin əhəmiyyətli hissəsini xarici siyasətlə bağlı mühüm qərarlar qəbul edilmədən həll etmək mümkün deyil.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar