SON XƏBƏRLƏR

İranla münaqişədə neçə amerikalı ölüb?- Tramp açıqladı 

2026.07.22, 10:06
İranla münaqişədə neçə amerikalı ölüb?- Tramp açıqladı 

ABŞ Prezidenti Donald Tramp ABŞ müharibələrindəki itkiləri İranla münaqişə ilə müqayisə edib.

Gunaz.tv

O, bu barədə Truth Social-da paylaşımında bildirib.

Əfqanıstan müharibəsi 20 il davam edib və 2000 ölüm hadisəsi qeydə alınıb, İraq müharibəsi 9 il davam edib və 4600 ölüm hadisəsi qeydə alınıb, Vyetnam müharibəsi 19 il 5 ay davam edib və 58.220 ölüm hadisəsi qeydə alınıb, Koreya müharibəsi isə 3 il 1 ay davam edib və 36.574 ölüm hadisəsi qeydə alınıb.

O, həmçinin bir gündə bitən Venesuela müharibəsinin itkisiz olduğunu, İranla 4 ay davam edən hərbi münaqişədə isə 18 amerikalının ölüm hadisəsinin qeydə alındığını yazıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar