SON XƏBƏRLƏR

Hörmüz boğazında mina ilə toqquşan neft tankeri partladı

2026.07.27, 09:48
Hörmüz boğazında mina ilə toqquşan neft tankeri partladı

Gunaz.tv

Hörmüz boğazında mina ilə toqquşduğu bildirilən neft tankerinin partlaması bölgədə gərginliyi yenidən gündəmə gətirib. Hadisə ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

Gunaz TV-nin məlumatına görə, SEPAH-a yaxınlığı ilə tanınan Tasnim xəbər agentliyi bazar günü iddia edib ki, bir neft tankeri İranın Hörmüz boğazında müəyyən etdiyi gəmiçilik marşrutundan çıxdıqdan sonra dəniz minası ilə toqquşaraq partlayıb.

Tasnimin məlumatına əsasən, tanker bu strateji su yolunda müəyyən olunmuş marşrutdan kənara çıxdıqdan sonra dəniz minasına dəyib. Müqəddəs Müdafiə Dəyərlərinin Qorunması və Nəşri Fonduna bağlı Defapress agentliyi də hadisə ilə bağlı oxşar məlumat yayıb.

Bununla belə, indiyədək İran rəsmiləri və beynəlxalq dənizçilik qurumları hadisə barədə heç bir bəyanat və ya məlumat yaymayıblar.

İran ABŞ və İsrailin hücumlarından sonra başlayan 40 günlük müharibə zamanı Hörmüz boğazını bağlayıb və bu strateji su yolunda mina yerləşdirib.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar