SON XƏBƏRLƏR

Mütəhhəri: “Qisası afrikalı da ala bilər”

2026.07.31, 21:38
Mütəhhəri: “Qisası afrikalı da ala bilər”

Keçmiş deputat qisasın başqa ölkələrin vətəndaşları tərəfindən də alına biləcəyini iddia edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri Əli Xamenei və İranın yüksək rütbəli hərbi komandirlərinin öldürülməsi ilə bağlı danışarkən bildirib ki, onların qisası mütləq iranlılar tərəfindən alınmaya da bilər.

Mütəhhəri İSNA agentliyinə müsahibəsində deyib: “Düşmən çox böyük həyasızlıqlar edib. Qisas almaq düzgün sözdür. Amma bu, o demək deyil ki, qisası mütləq bir iranlı almalıdır. Ola bilər ki, bunu bir amerikalı və ya afrikalı həyata keçirsin.”

O əlavə edib: “Zülmə qarşı mübarizə aparan hər bir azad insan liderimizin və komandirlərimizin qisasını ala bilər.”

Mütəhhəri həmçinin iddia edib: “Bir çox avropalılar və region ölkələri İranın İsrail və ABŞ qarşısında dayanmasından məmnundurlar.”

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar