SON XƏBƏRLƏR

SEPAH komandiri: İmam Zamanın zühuru üçün qisas almalıyıq

2026.07.31, 22:50
SEPAH komandiri: İmam Zamanın zühuru üçün qisas almalıyıq

Hüseyn Yekta Xameneinin öldürülməsindən sonra “qisas” çağırışı edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH komandirlərindən Hüseyn Yekta İraqda Ərbəin mərasimlərindən birində çıxışı zamanı Əli Xameneinin öldürülməsinə toxunaraq “qisas” alınmasının vacibliyini vurğulayıb və qan davasının İmam Zamanın zühuruna qədər təxirə salınmamalı olduğunu iddia edib.

Yekta deyib: “Biz qisası və qan almağı zühura qədər təxirə salmayacağıq. Biz qan almağı və qisası zühurun müqəddiməsi hesab edirik. Çünki İmam Zamanın naibinin təhlükəsizliyini təmin etməliyik ki, İmam Zaman gəlsin. İmam Zaman təhlükəsizliyin olmadığı şəraitdə gəlməyəcək. Ona görə də bu qan almaq sadəcə bir söz və ya şüar deyil.”

O, Əli Xameneinin müharibənin ilk günü öldürüldüyünü xatırladaraq əlavə edib: “Mütləq qisas alınmalıdır. Çünki qisas həyat gətirir.”

SEPAH komandiri daha sonra bildirib: “Düşmənlər İmam Zamanın naibinin təhlükəsizliyini təhlükə altına salıblarsa, bunun bir mesajı var. Bu o deməkdir ki, biz İmam Zaman üçün təhlükəsizliyi təmin etməliyik.”

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar