SON XƏBƏRLƏR

Ukraynanın gəmimizi qəsdən vurmasına dair süburlarımız var- Bəqai

2026.08.03, 15:06
Ukraynanın gəmimizi qəsdən vurmasına dair süburlarımız var- Bəqai

Kiyevin bəyanatlarına baxmayaraq, Tehranın Ukrayna ordusunun Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin qəsdən həyata keçirildiyini göstərən sübutları var.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.

Onun sözlərinə görə, İran Ukraynanın məsuliyyətə cəlb olunması və oxşar hadisələrin təkrarlanmaması üçün lazımi tədbirləri görəcək:

“Ukrayna rəsmiləri hadisənin qəsdən baş vermədiyini deyirlər, lakin mövcud dəlillər hücumun qəsdən törədildiyini göstərir”.

Qeyd edək ki, iyulun 25-də Rusiyanın ərazi sularında, Xəzər dənizində İran gəmisinə hücum olunub və nəticədə ekipaj üzvlərindən biri həlak olub. Hadisədən sonra İran insidentə görə Ukraynanı ittiham edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar