SON XƏBƏRLƏR

ABŞ “Fly Baghdad” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdi

2026.08.05, 17:46
ABŞ “Fly Baghdad” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdi

Gunaz.tv

ABŞ daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olmaqda ittiham edilərək sanksiya siyahısına salınmış İraqın “Fly Baghdad” aviaşirkətinə qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

Gunaz TV xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi çərşənbə günü yaydığı yenilənmiş məlumatda “Fly Baghdad” aviaşirkətinə və ona məxsus iki təyyarəyə tətbiq edilən sanksiyaların aradan qaldırıldığını açıqlayıb. Bununla belə, daha əvvəl şirkətin sahibi kimi təqdim olunan Bəşir Əbdülqazım Əlvan əl-Şəbbaniyə qarşı sanksiyalar qüvvədə saxlanılıb.

Vaşinqton 2024-cü ilin yanvarında “Fly Baghdad” aviaşirkətini, onun təyyarələrini və sahibini SEPAH-ın “Qüds” Qüvvələrinə, eləcə də onun İraq, Suriya və Livandakı silahlı qruplaşmalarına yardım göstərmək ittihamı ilə sanksiya siyahısına daxil etmişdi.

ABŞ Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən bir rəsmisi AFP-yə bildirib: “Fly Baghdad inzibati yenidən baxılma prosesindən keçdikdən sonra sanksiya siyahısından çıxarılıb.”

Həmin rəsmi əlavə edib: “Fly Baghdad fəaliyyət prinsiplərində əsaslı dəyişikliklər edib və artıq şirkətin sanksiya siyahısında saxlanılması üçün əsas qalmayıb.”

O, həmçinin vurğulayıb: “Bu şirkətin siyahıdan çıxarılması ABŞ-ın İran hökumətinə, SEPAH-ın “Qüds” Qüvvələrinə, terror təşkilatı kimi tanınan hər hansı quruma, yaxud onları dəstəkləyən və ya onların adından fəaliyyət göstərən şəxslərə münasibətdə siyasətinin dəyişməsi demək deyil.”

 


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar