SON XƏBƏRLƏR

İran: Qonşu ölkələrdən birbaşa hücumlar olub

2026.08.07, 17:50
İran: Qonşu ölkələrdən birbaşa hücumlar olub

Gunaz.tv

GünAz TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi 40 günlük müharibə zamanı körfəzinin cənub sahilində yerləşən bəzi ölkələrin ABŞ-ın hücumları üçün “öz ərazilərini” təqdim etməklə yanaşı, bir neçə halda İrana birbaşa hücum etdiyini iddia edib.

Qəribabadi İranın İRNA xəbər agentliyinə müsahibəsində bu ölkələrin adlarını açıqlamadan deyib: “Biz bütün bu halları sənədləşdirmişik və BMT Təhlükəsizlik Şurasında da qeydə almışıq. Yəni təyyarələrin uçuşlarının və ya raketlərin qonşu ölkələrin ərazisindən buraxılmasının tarixini və vaxtını qeydə alıb sənədləşdirmişik.”

O, İran Silahlı Qüvvələrinin hesabatlarına istinad edərək deyib: “Bəzi azsaylı hücumlar birbaşa hücumlar da olub və biz onları da sənədləşdirmişik.”

İran XİN-in müavini bu birbaşa hücumların sayının “iki və ya üç hal” olduğunu bildirib və Tehranın “qırıcı təyyarənin uçuşunun, pilotsuz uçuş aparatının göndərilməsinin və ya raketin birbaşa hansı ölkə tərəfindən atıldığını” bildiyini deyib. O, bu hallarda İrana qarşı “daha qətiyyətli və daha sərt cavab” verildiyini bildirib.

Qəribabadi bu hücumlarla bağlı əlavə təfərrüat açıqlamayıb. ABŞ və İran arasında baş verən qarşıdurma zamanı İran Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya da daxil olmaqla bir sıra region ölkələrinə dəfələrlə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Bu hücumlar beynəlxalq reaksiyalara səbəb olub.

O, həmçinin deyib: “Bu qonşu ölkələrin bu məsələni inkar etməsi bizim üçün heç bir əhəmiyyət daşımır və qəbul edilə bilməz.”

Qəribabadi bu ölkələrin beynəlxalq platformalarda İrana qarşı verdiyi şikayətləri “iddiaçı yanaşma” və “bir növ özünü zərərçəkmiş kimi göstərmək” kimi qiymətləndirib və bunun İranla həmin ölkələr arasında “məsafə” yaratdığını bildirib.

İran rəsmiləri Qəribabadinin sözlərinə görə, İrana qarşı hücumlarda birbaşa iştirak edən ölkələrin adlarını hələ açıqlamayıblar.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar