SON XƏBƏRLƏR

İranın Xark adasındakı neft terminalı ABŞ blokadası səbəbindən fəaliyyətini dayandırıb – FT

2026.08.08, 17:13
İranın Xark adasındakı neft terminalı ABŞ blokadası səbəbindən fəaliyyətini dayandırıb – FT

İranın neft ixracı yenilənmiş ABŞ dəniz blokadası fonunda demək olar ki, dayanıb.

Gunaz.tv

"Financial Times" qəzetinin məlumatına görə, ölkənin əsas xam neft ixrac terminalı olan Xark adasında ən azı bir həftədir heç bir tanker yüklənmir.

FT-nin istinad etdiyi gəmiçilik və peyk məlumatlarına görə, İranın xam neft ixracının təxminən 90 faizini həyata keçirən Xark terminalı iyulun 31-dən etibarən fəaliyyət göstərmir. Dənizçilik üzrə kəşfiyyat şirkəti "Windward" bildirib ki, terminalın hər üç yükləmə körpüsü uzun müddətdir boş qalıb.

“Blokada o mənada effektivdir ki, içəriyə və xaricə tanker hərəkəti çox azdır”, – "Energy Aspects" şirkətindən Riçard Bronza FT-yə bildirib.

Məlumata görə, bu fasilə müharibənin başlanmasından bəri ən uzunmüddətli fasilələrdən biridir və İranı neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa məcbur edə bilər.

Tehran hələ də atəşkəs dövründə yola çıxan və Asiyadakı alıcılara çatmaqda olan neft yüklərindən gəlir əldə edir. Lakin bu gəlir axınının yaxın həftələrdə tükənə biləcəyi bildirilir.

Təzyiq İran və Oman arasında Hörmüz boğazından gəmiçiliklə bağlı razılaşmaların müzakirə edildiyi bir vaxtda artır. Danışıqlar barədə məlumatlı bir şəxs FT-yə bildirib ki, məqbul razılaşma əldə olunacağı təqdirdə Vaşinqton blokadanı aradan qaldıra və alıcılara İran xam neftini almağa imkan verən sanksiya güzəştini bərpa edə bilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar