SON XƏBƏRLƏR

Qəzvində 24 yaşlı qadın edam edildi

2026.08.10, 14:00
Qəzvində 24 yaşlı qadın edam edildi

Qəzvin şəhərinin Çubindər həbsxanasında 24 yaşlı Mərziyə Niri edam edilib.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o adam öldürməkdə günahlandırılıb.

Mərziyyə Niri bundan əvvəl məhkəmə iclasında 17 yaşında məcburi ərə verildiyini bildirib və qətl hadisəsnin təfərrüatını açıqlayıb:

"Məcburi ailə qurduqdan bir il sonra 18 yaşımda evimizdə həyat yoldaşımın dostlarından biri mənə təcavüz etməyə cəhd göstərib və özümü müdafiə etmək üçün bıçaqdan istifadə etməyə məcbur olmuşam. Hadisə nəticəsində həyat yoldaşım həlak olub, dostu isə yaralanıb. Bu, mənə 1 il ərzində mənə qarşı neçənci təcavüzə cəhd hadisəsi olub".

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar