SON XƏBƏRLƏR

Hindistan İrana dərman ixracını dayandırıb- Nazir

2026.08.12, 12:09
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir

Hörmüz boğazının bağlandığına cavab olaraq Hindistan İrana dərman istehsalı üçün xam mal ixracatını dayandırıb və bu müddət ərzində hətta bir gəmi də İrana çatmayıb.

Gunaz.tv

Bunu İran səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi deyib.

"Hindistan İrana dərman göndərməyi Hindistanla əlaqəli gəmilərin Hörmüz boğazından keçməsi şərti ilə qəbul edəcəyini bildirib",- nazir əlavə edib.

Hindistan İqtisadiyyat Nazirliyinin ticarət məlumatlarının icmalı göstərir ki, ölkə müharibənin ilk üç ayında İrana ümumilikdə 130 milyon dollar dəyərində mal ixrac edib ki, bu da ötən ilin eyni dövrünün yalnız üçdə birinə bərabərdir.

Zəfərqəndinin sözlərinə görə, İranla bağlı "Tətik mekanizmi"nin tətbiqi səbəbindən
2025-ci ilin ortalarından bəri dərman üçün valyuta köçürmə ciddi problemlərlə üzləşib və müharibə başladıqdan sonra dərmanların daşınması məsələsinfə də maneələr yaranıb.

GünAzTv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar