SON XƏBƏRLƏR

Sepah-da qulluq edənlər Kanadadan qovulur

2026.08.13, 10:39
Sepah-da qulluq edənlər Kanadadan qovulur

İran İslam İnqilabı Keşikçiləri Korpusunda  hərbi xidmət tarixçəsi olan yüzlərlə iranlı Kanadada yaşamaq üçün müraciət edən şəxs son aylarda "inzibati ədalətə uyğunluq" məktubları alıb.

Gunaz.tv

Bu haqda Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi məlumat yayıb. 

Bu məktublar onların vəailə üzvlərinin yaşayış üçün müraciətlərinin rədd edilməsinə səbəb ola bilər. 

Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi hər bir iş üzrə yekun qərarın fərdi olaraq və təhlükəsizlik orqanlarının sənədlərinə və tövsiyələrinə baxıldıqdan sonra veriləcəyini açıqlayıb.

Bu məktublar Kanada İmmiqrasiya Qanununun 34-cü maddəsinə əsasən və 2024-cü ildən bəri ölkənin terror təşkilatları siyahısında olan İran İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüklə əlaqədar olaraq verilir; Bu, hətta əsgərlik dövrlərini məcburi olaraq Sepah-da başa vurmuş insanlar üçün də şamildir. 

Mövcud statistikaya görə, Kanadada İran hökuməti ilə əlaqəli ən azı 700 nəfər müəyyən edilib və bəzi hesablamalara görə, sığınacaq və oturum müraciətlərinin rədd edilməsindən narahat olan keçmiş əsgərlərin sayı 15.000-ə qədərdir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar