SON XƏBƏRLƏR

İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək- Bessent

2026.08.14, 09:03
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək- Bessent

ABŞ gələn həftə İranın iqtisadi təcridini gücləndirməyə yönəlmiş "əvvəllər görünməmiş tədbirlər"ielan etmək niyyətindədir.

Gunaz.tv

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Newsmax" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Vaşinqton prezident Donald Trampın göstərişi ilə Tehrana iqtisadi təzyiqi gücləndirmək niyyətindədir. Bessent hazırlanan tədbirlərin təfərrüatlarını açıqlamayıb və gələn həftə administrasiyanın bəyanatlarını izləməyə çağırıb.

"Biz "Epik qəzəb"dən iqtisadi qəzəbə keçdik və prezidentin göstərişi ilə (iqtisadi təzyiqin) səviyyəsini yenidən qaldıracağıq", - nazir bildirib.

Bessent qeyd edib ki, yeni tədbirlər İranın dəniz blokadası ilə eyni vaxtda tətbiq ediləcək.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar