SON XƏBƏRLƏR

İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media

2026.08.19, 13:19
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media

Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər və partlayıcı maddələr üçün hissələr göndərir.

Gunaz.tv

Bu haqda NBC məlumat yayıb.

NBC, Qərb rəsmisinin sənədlərinə və açıqlamalarına istinadən xəbər verir ki, ABŞ və Avropa sanksiyaları altında olan onlarla Rusiya gəmisi hərbi texnikanı çatdırmaq üçün Xəzər dənizindən Mazandaran əyalətinin Behşəhr şəhərinin şimalında yerləşən Əmirabad limanına üzüb.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Cim Lemson şəbəkəyə bildirib ki, bu proses bir tərəfdən Moskva ilə Tehran arasında dərinləşən birliyə işarə edir, digər tərəfdən isə ABŞ və İsrailin İran silah istehsalı müəssisələrinə hücumlarının əsasən uğurlu olduğunu göstərir.

"Rusiyadan dron hissələrinin və kiçik silah sursatlarının alınması, İsrail və Amerika hərbi qüvvələrinin bu avadanlıqları istehsal edən İran müəssisələrinə hücumlarının İranın daxili potensialını zəiflətdiyini göstərir", - deyə o bildirib.

Hazırda hərbi yük daşıyan Rusiya gəmilərinin 2024-cü ildə Qərbin sanksiyalarının hədəfində olan MG-FLOT gəmiçilik şirkətinə məxsus olduğu deyilir.

Rusiya əvvəllər İranın müharibə səylərini dəstəkləməkdə və Tehranın Amerika hədəflərinə hücum etmək qabiliyyətini gücləndirmək üçün İslam Respublikasına təkmilləşdirilmiş dronlar göndərməkdə ittiham olunurdu.

Bu mübadilələr Moskvanın İranın müharibə maşınını gücləndirməkdə fəal rol oynadığına dair narahatlıqlar doğurub, necə ki, Tehran 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Moskvanı dəstəkləyib.

Rusiyanın İrana nə qədər avadanlıq verdiyi hələlik məlum deyil. Kreml dəfələrlə bu iddiaları təkzib edərək onları "saxta xəbər" adlandırıb.

Donald Tramp hisə Rusiyanın İrana yardımını əhəmiyyətsiz adlandıraraq, ötən ay Rusiya prezidenti Vladimir Putinin ona Moskvanın Tehrana silah satmayacağına dair zəmanət verdiyini bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar