SON XƏBƏRLƏR

İranda daha bir etirazçı edama məhkum edildi

2026.08.20, 09:33
İranda daha bir etirazçı edama məhkum edildi

Yanvar etirazları zamanı həbs edilən və Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan Puya Hüseyni Mofred edama məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məşhəd İnqilab Məhkəməsinin 5-ci bölməsi yanvarın 14-də həbs edilən 23 yaşlı etirazçı "milli təhlükəsizliyə qarşı fəaliyyət", "toplaşmaq və əlbir olmq" və "milli təhlükəsizliyi pozmaq üçün əməli hərəkət"də günahlandırılıb.

İnsan haqları təşkilatlarının məlumatına görə, Puya Hüseyni Mofred etiraz aksiyaları zamanı avtobus dayanacağının şüşələrini sındırdığı və banner yandırdığına görə ölüm hökmünə məhkum edilib. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar