SON XƏBƏRLƏR

İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu

2026.08.20, 15:13
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu

İranın Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərində polis qüvvələrinin təqibi nəticəsində daha üç bəluc həlak olub.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında  Bəndər Abbas şəhərində polis təqibindən qaçan pərakəndə yanacaq satıcıları 18 yaşlı Yasir Salarzehi və 26 yaşlı Əhməd Saqzehi baş verən qəza nəticəsində həlak olublar.

Bununla yanaşı Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunda da 24 yaşlı Nasir Qilcayi polis təqibindən qaçdığı zaman avtomobilinin aşması nəticəsində həyatını itirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar