SON XƏBƏRLƏR

İranda beş məhbus edam edilib

2026.08.21, 14:33
İranda beş məhbus edam edilib

İlam, Kərəc və İsfahan şəhərlərində daha beş məhbusun edam hökmü yerinə yetirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhbusların üçü adam öldürmək, biri isə narkotik maddələrin alverində günahlandırılıb.

İlam şəhərinin həbsxanasında edam edilən iki məhbusdan birinin qadın olduğu bildirilsə də, onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına görə, cari ildə İranda 900-dən çox məhbus edam edilib, onlardan 400-dən çoxunun kimliyi isə dəqiqləşdirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar