SON XƏBƏRLƏR

Azərbaycanlı fəallara təzyiqlər artıb

2026.08.26, 09:00
Azərbaycanlı fəallara təzyiqlər artıb

Xüsusən son vaxtlar İran hökumətinin sert xətt tərəfdarlarının nəzarətində olan qurumlar güney azərbaycanlı mill, mədəni və siyasi fəallara qarşı təqib və təzyiqləri artırıblar.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

"Son zamanlar həbsdə olan fəalların ceza müddətlərinin artırılması, onlara qarşı yeni cinayət işlərinin açılması, bundan əvvəl mühakimə edilən fəalların həbslərin icrasının sürətləndirilməsi, çox sayda fəalın təqib və təzyilərə məruz qalması da rejimin repressiyaları gücləndirilməsinin bariz nümunəsidir",- məlumatda deyilir.

İnsan haqları fəallarının sözlərinə görə, bu repressiyalar Prezident Məhdud Pezeskianın ABŞ ilə danışıqların vacibliyi barədə bəyanatları və və Donald Trampla memorandum imzalamasıdan sonra daha da şiddətlənib:

"Rejimə qarşı sərt mövqedə olmayan, seçkilər zamanı Məhdud Pezeskianı dəstəkləyən azərbaycanlı ictimai fəallar da repressiya maşınının qurbanına çevriliblər".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar