SON XƏBƏRLƏR

İranda məhbuslar yenidən aclıq aksiyası keçirdilər

2026.08.26, 10:30
İranda məhbuslar yenidən aclıq aksiyası keçirdilər

Dünən səhər saatlarından başlayaraq İranın 60 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 135-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 400-ü keçib.

İranlı Məhbusların Hüquqlarını Müdafiə Təşkilatı isə 2026-cı ildə edam olunanların ümumi sayının 900-dən çox olduğunu bildirib.

Onların arasıda 40-dan cix siyasi məhbus, 10 qadın və məhkum edilən vaxt yaşı 18-dən az olan üç nəfər də var.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar