SON XƏBƏRLƏR

Hörmüzganda 20 min nəfər işsiz qalıb – əmək rəsmisi

2026.08.28, 11:17
Hörmüzganda 20 min nəfər işsiz qalıb – əmək rəsmisi

Hörmüzgan əyalətində ixtisarlar, iş növbələrinin azaldılması və müəssisələrin bağlanması fonunda təxminən 20 min nəfər işsiz qalıb.

Gunaz.tv

Bu barədə ILNA xəbər agentliyi yerli əmək rəsmisinə istinadən məlumat yayıb.

Əyalət İşçilər Evinin icra katibi İsmayıl Hacızadə bildirib ki, bəzi şirkətlər işçilərin iş qrafikini ayda cəmi 10 günə qədər azaldıb, digər müəssisələr isə işçiləri işsizlik müavinəti almaq üçün əmək idarələrinə müraciət etməyə yönləndirib.

“Qiymətləndirmələr göstərir ki, Hörmüzgan əyaləti üzrə təxminən 20 min nəfər işsiz qalıb”, – deyə Hacızadə bildirib.

Onun sözlərinə görə, Rəcəi limanı ətrafında fəaliyyət göstərən şirkətlər işçi sayını azaldıb. Bandar-Abbas şəhərindəki beşulduzlu hotel isə dörd ay müddətinə bağlandıqdan sonra bütün işçilərini işdən çıxarıb.

Hacızadə həmçinin ailələrin maliyyə vəziyyətinə artan təzyiqə diqqət çəkərək bildirib ki, bir ailənin aylıq yaşayış xərcləri minimum aylıq əməkhaqqından xeyli yüksək səviyyəyə qalxıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar