SON XƏBƏRLƏR

Amerikanın dəniz blokadası fonunda İranın ən böyük ticarət limanı fəaliyyətini dayandırıb

2026.08.29, 11:06
Amerikanın dəniz blokadası fonunda İranın ən böyük ticarət limanı fəaliyyətini dayandırıb

İranın ən böyük və ən mühüm ticarət və gömrük limanı olan Bəndər Abbasdakı Rəcai limanının görüntüləri yayılıb. Görüntülər Amerikanın dəniz blokadası nəticəsində limanın fəaliyyətini dayandırdığını göstərir.

Gunaz.tv

Yayılan görüntülərdən məlum olur ki, ABŞ-ın dəniz blokadasından sonra Rəcai limanında heç bir gəmi yan almayıb və burada malların idxalı və ya ixracı ilə bağlı heç bir fəaliyyət aparılmır.

40-dan çox yanalma körpüsünə malik olan və ildə 100 milyon tondan çox yükün boşaldılıb-yüklənməsi imkanına sahib bu liman İranın ixrac və idxalının 55 faizindən çoxunu, konteyner daşımaları üzrə ticarətinin isə təxminən 85–90 faizini idarə edir.

Məsud Pezeşkian və İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti son günlər ABŞ-ın dəniz blokadasının təsirini etiraf edərək neft satışının dayandığını və benzin idxalının mümkün olmadığını bildiriblər.

İran Prezidenti cümə günü İslam Respublikasının dövlət televiziyasına müsahibəsində deyib: “Müharibə şəraitində olduğumuzu qəbul etməliyik. Hazırda marşrut bağlıdır və mallar ölkəyə daxil olmur. Bu mallardan biri də benzindir.”

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar