SON XƏBƏRLƏR

Rusiya Kiyevə quru hücumuna hazırlaşır?

2026.08.29, 19:36
Rusiya Kiyevə quru hücumuna hazırlaşır?

Gunaz.tv

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa şənbə günü, avqustun 29-da bildirib ki, Ukraynanın əlində Rusiyanın paytaxt Kiyevə və ölkənin şimalındakı Çerniqov şəhərinə mümkün quru hücum üçün hazırlıq gördüyünü göstərən məlumatlar var.

“Bloomberg”in məlumatına görə, Palisa belə bir hücum üçün hələ konkret vaxt müəyyən edilmədiyini və Ukraynanın şimal sərhədləri yaxınlığında Rusiyanın hücum bölmələrinin cəmləşməsinə dair heç bir əlamət olmadığını deyib.

O əlavə edib ki, Ukraynanın qiymətləndirmələrinə əsasən, Rusiya hərbi komandanlığı yeni hücum ssenarilərini hazırlayır və nəzərdən keçirir.

Palisa cümə axşamı axşam jurnalistlərə deyib: “Bizim prioritetimiz rusların hər hansı hücum əməliyyatı keçirməsinə imkan verməməkdir.”

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar