SON XƏBƏRLƏR

İranda aztəminatlılar üçün ev problemi daha da dərinləşib

2026.08.31, 15:53
İranda aztəminatlılar üçün ev problemi daha da dərinləşib

Məskən bazarında durqunluq davam edir və inşaat xərclərinin artması ev qiymətlərinin artmasına, bunun nəticəsində də orta və az gəlirli ailələrin böyük hissəsinin alım gücü azalıb.

Gunaz.tv

Bunu Tehran Əmlak Müşvirləri Birliyinin başçısı Kianuş Qudərzi deyib.

"Ev qiymətləri ilə ailələrin mali imkanları arasındakı fasilə gedərək böyüyür",- o əlavə edib.

Onun sözlərinə görə, son illərdə inflyasiyanın davam etməsi, pulun dəyərini itirməsi və alım gücünün azalması, əmlak almağı cəmiyyətin əhəmiyyətli bölümü üçün əlçatmaz edib:

"Bu durum göstərir ki, ev böhranı artıq yalnız qiymət məsələsi deyil, bu həm də İran iqtisadında ailə keçiminin çöküşünün ən açıq nümunələrindən birinə çevrilib".

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar