SON XƏBƏRLƏR

İranda məktəb ləvazimatlarının qiyməti: Hər şagird üçün 15 milyon tüməndən çox xərc

2026.09.03, 20:39
İranda məktəb ləvazimatlarının qiyməti: Hər şagird üçün 15 milyon tüməndən çox xərc

Yeni tədris ilinin başlanması ilə məktəb ləvazimatlarının alınması İranda ailələr üçün yeni bir böhranına çevrilib.

Gunaz.tv

Bazar araşdırmaları göstərir ki, bir şagird üçün adi məktəb ləvazimatları dəstinin hazırlanması 15 milyon tüməndən çox vəsait tələb edir. Bu məbləğə məktəb forması, ayaqqabı, əlavə dərs kitabları və məktəb servisi daxil deyil.

Bəzi məktəb çantalarının qiyməti 4 milyon tüməni keçib, 100 vərəqli spiral dəftərin qiyməti isə təxminən 375 min tümənə çatıb. Rəngli karandaş, penal, qələm, karandaş və digər ləvazimatlar da ümumi xərci daha da artırır.

Tehran Əsnaflar Palatasının vitse-prezidenti Məhəmmədrza Fərəci Tehrani bildirib ki, inflyasiya səbəbindən aztəminatlı ailələrin bir qismi artıq övladları üçün keyfiyyətli dəftərxana ləvazimatları almaq imkanını itirib.

Onun sözlərinə görə, məktəblərin açılması ərəfəsində dəftərxana ləvazimatları bazarında durğunluq yaşanır və bəzi ailələr qiymətləri eşitdikdən sonra alış-verişdən imtina edirlər.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar