SON XƏBƏRLƏR

Suriya Əsəd rejiminin kimyəvi silahlarını məhv edir

2026.09.03, 21:34
Suriya Əsəd rejiminin kimyəvi silahlarını məhv edir

Suriya Bəşər Əsəd rejimindən qalan kimyəvi silahların məhv edilməsi prosesinə başlayıb.

Gunaz.tv

Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Əlbi bildirib ki, bu, keçmiş rejimin devrilməsindən sonra Suriyada kimyəvi silahların məhv edilməsi üzrə ilk əməliyyat və son on ildən çox müddətdə bu sahədə ilk belə əməliyyatdır.

Bu addım Suriyanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Məqsəd keçmiş rejimin kimyəvi proqramının qalıqlarını müəyyənləşdirmək, aşkarlanan kimyəvi maddə və sursatların təhlükəsizliyini təmin etmək və onları təşkilatın nəzarəti altında texniki prosedurlara uyğun şəkildə məhv etməkdir.

Əsəd rejiminin həyata keçirdiyi 211 kimyəvi hücumda 1421 nəfər, o cümlədən 1357 mülki şəxs həlak olub. Bu ölümcül hücumlarda 244 qadın və 187 uşaq da həyatını itirib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar