SON XƏBƏRLƏR

Vitkoff və Kuşner yaxın günlərdə danışıqlar üçün edəcəklər

2026.09.04, 23:06
Vitkoff və Kuşner yaxın günlərdə danışıqlar üçün edəcəklər

Gunaz.tv

Ukrayna Prezidenti Stiv Vitkoff və Cared Kuşnerin Donald Tramp administrasiyasının əsas danışıqlarçıları kimi yaxın günlərdə Kiyevə səfər edəcəklərini açıqlayıb.

GunAzTV-nin məlumatına görə, Rusiyanın dövlət xəbər agentliyi TASS da bir mənbəyə istinadən bu səfərin şənbə və ya bazar günü baş tuta biləcəyini bildirib. Lakin səfərin dəqiq vaxtı hələ rəsmi təsdiqlənməyib.

Bu iki amerikalı rəsminin eyni vaxtda Moskvada da danışıqlar aparacağı bildirilir. Rusiyalı mənbənin sözlərinə görə, Moskva onların Kiyevə səfərinə qarşıdır və səfər proqramını dəyişdirməyə çalışır.

Vitkoff və Kuşner son aylarda Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərində mühüm rol oynayıblar. Səfər baş tutarsa, bu, onların bu çərçivədə Ukraynaya ilk səfəri olacaq.

Müharibənin başlamasından dörd il yarım keçməsinə baxmayaraq, Moskva ilə Kiyev arasında müharibənin başa çatdırılması şərtləri ilə bağlı əsas fikir ayrılıqları hələ də qalır. Rusiya Ukrayna ərazisinin daha böyük hissəsinin güzəştə gedilməsini tələb edir, Kiyev isə rəsmilərinin sözlərinə görə, təslimiyyət anlamına gələn şərtləri rədd edir.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar