SON XƏBƏRLƏR

Vens: Qonşu ölkələr İrana qarşı iqtisadi təzyiqdə əməkdaşlıq edir

2026.09.05, 17:36
Vens: Qonşu ölkələr İrana qarşı iqtisadi təzyiqdə əməkdaşlıq edir

Gunaz.tv

ABŞ vitse-prezidenti Cey Di Vens Türkiyə, Azərbaycan və regionun bir sıra ölkələrinin İrana qarşı iqtisadi təzyiqin artırılmasında əməkdaşlıq etdiyini bildirib.

Hindistanın “DD News” nəşrinin məlumatına görə, Vens Ağ Evdə keçirdiyi brifinqdə ABŞ-ın İranı ticarət gəmilərinə hücumları dayandırmağa məcbur etmək üçün iqtisadi, hərbi, diplomatik və məxfi vasitələrdən istifadə edəcəyini deyib.

Vens həmçinin Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərin İrana qarşı təzyiqlərdə əməkdaşlıq etdiyini, bəzi hökumətlərin isə bu əməkdaşlığı açıq şəkildə etiraf etmədən həyata keçirdiyini bildirib.

Vensin sözlərinə görə, bu təzyiqlərin məqsədi İran rejimini ticarət gəmilərinə hücumlara görə məsuliyyət daşımağa məcbur etmək və onun nüvə imkanlarını yenidən bərpa etməsinin qarşısını almaqdır.

O, İranın ticarət gəmilərinə hücumları dayandırmayacağı təqdirdə ABŞ-ın Tehranla danışıqlara başlamayacağını vurğulayıb.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar