SON XƏBƏRLƏR

Golden Global Türkiyədə sanksiyaya məruz qaldı

2026.09.05, 18:33
Golden Global Türkiyədə sanksiyaya məruz qaldı

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyi İrana qarşı tətbiq olunan yeni sanksiyalar çərçivəsində Türkiyədə fəaliyyət göstərən bir bankı və onunla əlaqəli iki qurumu sanksiyaya məruz qoyub.

GunAzTV-nin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi cümə günü “Golden Global Portföy Yönetimi Anonim Şirketi”, “Golden Global Varlık Kiralama Anonim Şirketi” və “Golden Global Yatırım Bankası Anonim Şirketi”ni sanksiya siyahısına əlavə edib.

ABŞ bu qurumları SEPAH-ın Qüds Qüvvələri üçün on milyonlarla dollar həcmində maliyyə əməliyyatlarını asanlaşdırmaqda və İran rejiminin maliyyə vəsaitlərini beynəlxalq səviyyədə köçürməsinə şərait yaratmaqda ittiham edib.

ABŞ-ın maliyyə naziri Skott Besent bildirib ki, Vaşinqton İran rejiminə qarşı “iqtisadi sıxışdırma əməliyyatı”nı davam etdirməkdə ciddidir. O deyib: “Biz sizin kim olduğunuzu bilirik, harada olduğunuzu bilirik və müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İranın başını əzənədək hərəkət edəcəyik”.

Bu addım Donald Tramp administrasiyasının Tehran üzərində iqtisadi təzyiqi artırmaq kampaniyasının davamı kimi qiymətləndirilir. ABŞ bundan əvvəl də İranla əlaqəli əməliyyatlara görə BƏƏ-də fəaliyyət göstərən Misir bankının dollar əməliyyatlarına çıxışını məhdudlaşdırmışdı.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar