SON XƏBƏRLƏR

Müəllimlər Tehranda etiraz aksiyası keçiriblər

2026.09.07, 15:09
Müəllimlər Tehranda etiraz aksiyası keçiriblər

Ötən gün çox sayda müəllim Tehranda Planlaşdırma və Büdcə Təşkilatının binası qarşısında geniş etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Onlar əmək haqlarının artırılmasını və inflyasiya səviyyələrinə uyğun olaraq baza əmək haqlarının yenidən nəzərdən keçirilməsini, bu günə kimi ödənilməmiş əmək haqları və təqaüdlərin bir yerdə ödənilməsini, tibbi və məişət problemlərinin həll edilməsini istəyiblər.

Aksiyada ölkənin müxtəlif bölgələrindən olan müəllimlər iştirak edib, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha izdihamlı aksiya keçirəcəkləri barəə xəbərdarlıq ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar