SON XƏBƏRLƏR

10 min tümənlik benzin; İran rejimi xalqın qəzəbindən təşvişə düşüb (Video)

2026.09.08, 18:30
10 min tümənlik benzin; İran rejimi xalqın qəzəbindən təşvişə düşüb (Video)

Gunaz.tv

Bu gündən səhər saatlarından etibarən İranda yanacaqdoldurma məntəqələrinin kartları ilə satılan benzinin qiyməti iki dəfə artırılaraq litri 10 min tümənə çatdırılıb.

Qiymət artımının tətbiqi ilə eyni vaxtda müxtəlif şəhərlərdə yanacaqdoldurma məntəqələrinin ətrafında və küçələrdə polis, xüsusi təyinatlı qüvvələr və Bəsic milislərinin geniş şəkildə yerləşdirildiyi barədə məlumatlar yayılıb.

Benzinin bahalaşması İranda iqtisadi təzyiqlərin və əhalinin alıcılıq qabiliyyətinin azalmasının insanların narazılığını daha da artırdığı bir şəraitdə həyata keçirilib.

Benzin bahalaşır, xalqın qəzəbi artır, İran rejimi isə yeni etirazların alovlanmasından qorxuya düşür.

 

Gunaz TV
R.G 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar