SON XƏBƏRLƏR

ABŞ İran neft tankerini vurdu

2026.09.08, 23:14
ABŞ İran neft tankerini vurdu

ABŞ rəsmiləri İranın neft tankerinin Xark adası yaxınlığında hədəfə alındığını açıqlayıb.

Gunaz.tv

ABŞ-ın yüksək rütbəli rəsmiləri Fox News-a bildiriblər ki, ABŞ ordusu Xark adası və Cask yaxınlığındakı hədəflərə zərbələr endirib. Rəsmilərin sözlərinə görə, hədəflər arasında İran neft tankerləri də olub.

Bununla yanaşı, İranın Tasnim xəbər agentliyi bir İran neft tankerinin Xark adasından 4 mil məsafədə ABŞ qüvvələrinin raketi ilə vurulduğunu bildirib.

Bu hücum çərşənbə axşamı, sentyabrın 8-də baş verib. İranın yerli media və xəbər agentliklərinin məlumatına görə, saat 21:45 radələrində Xark adasının lövbər dayanacağında və Cask yaxınlığındakı Səng-Siyah bölgəsində yenidən güclü partlayış səsləri eşidilib.

Həmin məlumatlarda həmçinin kiçik ölçülü İran neft tankerinin Xark adasından 4 mil məsafədə hədəfə alındığı bildirilib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar