SON XƏBƏRLƏR

Kəşfiyyat Nazirliyi Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var

2026.09.09, 16:09
Kəşfiyyat Nazirliyi Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var

İran Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərq bölgəsində üç yerdə əməliyyat keçirib.

Gunaz.tv

Bu haqda nazirliyin bəyanatında deyilir.

"Keçirilən əməliyyatlar bəticəsində terrorçu-təkfirçi qrupların üç əməliyyat qrupu məhv edilib, üç nəfər öldürülüb və doqquz nəfərhəbs olunub",- məlumatda bildirilib.

Bəyanata görə, Sistan və Bəlucistan Baş Kəşfiyyat İdarəsi mütəşəkkil qrupları ölkəyə daxil olduqdan sonra və hər hansı bir əməliyyat keçirilməzdən əvvəl müəyyən edərək zərərsizləşdirib.

Kəşfiyyat Nazirliyi iddia edib ki, həbs olunan şəxslər xaricdə hərbi və sui-qəsd təlimi keçdikdən sonra gizli şəkildə İrana daxil olaraq Sistan və Bəlucistan əyalətinin cənub şəhərlərində "təhlükəsizliyi pozmaq" niyyətində olublar.

Bəyanatda həmçinin həbs olunan şəxslərdən xeyli miqdarda silah və sursatın aşkarlandığı və müsadirə edildiyi bildirilib.

Saxlanılanların kimliyi və hansı qruplaşmaya bağlı olduqları haqda açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar