SON XƏBƏRLƏR

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

2026.09.10, 18:32
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Gunaz.tv

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Əlcəzair Xarici İşlər Nazirliyi sentyabrın 10-da bildirib ki, Əbu-Dabinin “təxribatçı və ya düşmənçilik xarakterli” addımları münasibətlərin daha davam etdirilməsini mümkünsüz edib.

Nazirlik BƏƏ səfirinin çağırıldığını və qərarın icrası üçün ona 48 saat vaxt verildiyini açıqlayıb.

İki ölkə arasında münasibətlər son illərdə İsraillə münasibətlər, Qərbi Sahara məsələsi və Sahel bölgəsindəki regional maraqlar üzrə fikir ayrılıqları fonunda ciddi şəkildə gərginləşib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar