SON XƏBƏRLƏR

Tramp: İranla müharibədən peşman deyiləm

2026.09.11, 18:32
Tramp: İranla müharibədən peşman deyiləm

Gunaz.tv

Tramp İranla müharibədən peşman olmadığını və eyni vəziyyət təkrarlansa, yenə eyni addımı atacağını bildirib.

ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində İranla müharibədən peşman olmadığını və vəziyyət yenidən təkrarlansa, “dəqiq olaraq” eyni şəkildə hərəkət edəcəyini deyib.

O, tərəfdarlarının müharibədən narazı və məyus olması ilə bağlı iddiaları da rədd edərək, onların İranın nüvə silahına sahib olmasının qarşısının alınması ilə fəxr etdiklərini bildirib.

Tramp həmçinin müharibənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını yenidən iddia edib. Dallasdakı seçki mitinqində isə İranın “hər tərəfdən geri çəkildiyini” deyərək, Hörmüz boğazını bir daha “Tramp boğazı” adlandırıb.

İranla müharibə fonunda ABŞ-da yanacağın qiymətinin artması aralıq seçkiləri ərəfəsində respublikaçılar üçün mühüm məsələyə çevrilib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar