SON XƏBƏRLƏR

Bəhreyn İranın Hörmüz boğazı ilə bağlı iclasında iştirak etməyəcək

2026.09.12, 17:34
Bəhreyn İranın Hörmüz boğazı ilə bağlı iclasında iştirak etməyəcək

Gunaz.tv

Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunana qədər Tehranla birgə iclaslarda iştirak etməyəcəyini açıqlayıb.

Bəhreyn Xarici İşlər Nazirliyi şənbə günü, 21 sentyabrda bildirib ki, ölkə İran və Ərəb Körfəzi ölkələrinin iştirakı ilə Hörmüz boğazı ilə bağlı keçirilməsi təklif olunan iclasa qatılmayacaq.

Manama bu mövqenin dialoqa qarşı olmaq anlamına gəlmədiyini, lakin dialoqun “reallıqları nəzərə almadan” aparıla bilməyəcəyini vurğulayıb.

Bəhreyn həmçinin Hörmüz boğazından gəmilərin ayrı-seçkilik, rüsum və ya icazə tələbi olmadan sərbəst keçidinin təmin edilməsini istəyib.

İran daha əvvəl bu iclasın Oman təşəbbüsü ilə keçiriləcəyini açıqlamışdı. “Reuters”in iranlı mənbəyə istinadən yaydığı məlumata görə isə Tehran Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınmasını istəyir. Oman bu təklifə qarşı çıxıb.

Bəhreyn son qarşıdurmalar zamanı İran tərəfindən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların hədəfi olub.


GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar