SON XƏBƏRLƏR

İran Mərkəzi Bankının rəhbəri Türkiyəyə səfər edir

2026.09.13, 19:37
İran Mərkəzi Bankının rəhbəri Türkiyəyə səfər edir

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti İslam ölkələrinin mərkəzi bank rəhbərlərinin toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Gunaz.tv

İran mediasının məlumatına görə, Himməti nümayəndə heyətinə rəhbərlik edərək Tehrandan İstanbul istiqamətində yola çıxıb.

Himməti səfər çərçivəsində toplantıda iştirak etməklə yanaşı, iclasa üzv ölkələrin rəsmiləri ilə də görüşlər keçirəcək.

Görüşlərdə bank və ticarət əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi, həmçinin tərəflər arasında ticarət mübadiləsi üçün yeni mexanizmlərin yaradılması əsas müzakirə mövzularından olacaq.

İstanbula səfər İran Mərkəzi Bankı rəhbərinin cari il ərzində apardığı beynəlxalq məsləhətləşmələrin davamı kimi qiymətləndirilir.

Himməti bundan əvvəl aprel ayında Pakistana, iyun ayında Qətərə, avqust ayında isə Hindistan və İraqa səfər edib. Bu səfərlərdə pul və bank əməkdaşlığının inkişaf etdirilməsi, İranın valyuta məsələləri və aktivləri ilə bağlı problemlərin müzakirəsi, eləcə də ticarət mübadiləsinin asanlaşdırılması əsas istiqamətlər olub.

 

GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar