SON XƏBƏRLƏR

Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında

2026.09.19, 17:37
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında

Gunaz.tv

Şərqi Azərbaycan əyalətində xalçaçılıq sənayesi geniş məşğulluq yaratmasına baxmayaraq, bahalaşan xammal, səmərəli dəstəyin olmaması, xalçaçıların sığorta problemləri, vergilər və maliyyə imkanlarına çıxışdakı çətinliklərlə üzləşir.

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin Xalça şöbəsinin rəhbəri Əli Süleymani bildirib ki, əyalətdə təxminən 200 min nəfər birbaşa bu sənaye ilə əlaqəlidir. Onun sözlərinə görə, İranın əl ilə toxunan xalçalarının istehsal və ixracının təxminən 35 faizi bu əyalətin payına düşür.

Sahə fəalları xalçaçıların sığorta problemlərinin həllini, xammal təminatının yaxşılaşdırılmasını, aşağı faizli kreditlərin verilməsini, vergi sistemində islahat aparılmasını və ixrac yollarının gücləndirilməsini tələb edirlər.

Minlərlə ailə üçün gəlir mənbəyi ola biləcək xalçaçılıq sənayesi struktur problemlər və səmərəsiz siyasətlər səbəbindən getdikcə daha böyük çətinliklərlə üzləşir.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar