SON XƏBƏRLƏR

230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?

2026.09.22, 17:30
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?

Gunaz.tv

Marağa ildə təxminən 230 min ton alma istehsal edir. Şəhərdə 18 min hektar alma bağı yerləşir və Marağa bu göstərici ilə Şərqi Azərbaycan əyalətində alma istehsalına görə birinci yerdədir.

Yerli rəsmilər indi “Marağa alması”nın qeydiyyata alınması və bu məhsul üçün beynəlxalq nişan əldə edilməsi planından danışırlar. Lakin əsas sual budur: bu böyük istehsal həcmi nə dərəcədə bağbanlar üçün davamlı gəlirə və real olaraq dünya bazarlarına çıxışa çevrilir?

230 min ton alma istehsalı o zaman real iqtisadi uğur sayıla bilər ki:

bağban bu istehsaldan əsas gəliri əldə etsin və məhsulun dəyərinin böyük hissəsi vasitəçilərin payına düşməsin;
xammal satışından asılılıq azalsın, emal və qablaşdırma sənayesi inkişaf etsin;
Marağa alması tanınan və rəqabətqabiliyyətli bir brendə çevrilsin.

Təkcə məhsulun qeydiyyata alınması bazar, ixrac və bağbanların gəlirləri ilə bağlı problemləri həll etmir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar