SON XƏBƏRLƏR

Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir

2026.09.24, 11:01
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşdə İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

Gunaz.tv

Tramp bunu sentyabrın 23-də jurnalistlərin Si Cinpinlə İran məsələsini müzakirə edib-etməyəcəyi barədə sualını cavablandırarkən deyib.

“Bu barədə və bir çox başqa məsələlər haqqında danışacağam”, – ABŞ Prezidenti bildirib.

Si Cinpin sentyabrın 23-də üç günlük dövlət səfəri üçün ABŞ-yə gəlib. Tramp Çin liderini Endryus hərbi aviabazasında şəxsən qarşılayıb. ABŞ-Çin danışıqlarının gündəliyində ticarət, texnologiyalar, Tayvan və İran kimi məsələlərin yer alacağı gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar