SON XƏBƏRLƏR

Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır

2026.09.27, 20:25
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hörmüz boğazından neft daşınması son yeddi günün orta göstəricisinə əsasən sutkada təxminən 13-14 milyon barelə çatıb.

“Bloomberg”in enerji üzrə köşə yazarı və baş eksperti Xavyer Blas statistik məlumatlar dərc edərək bildirib ki, bu göstərici iyul ayında neft tankerələrinin keçidində qeydə alınan qısamüddətli pik həddə bərabərdir.

Blasın sözlərinə görə, hazırkı vəziyyət iyul ayından iki mühüm fərqlə seçilir. Birincisi, əvvəllər sutkada təxminən 2 milyon barel təşkil edən İranın neft ixracı və neft axını hazırda “sıfır”a enib.

O həmçinin bildirib ki, hazırda Hörmüz boğazından keçən bütün neft yükləri yeni yüklənmiş neft partiyalarıdır və iyul ayından fərqli olaraq, əvvəlcədən yüklənərək keçid üçün gözləyən tankerlərə aid deyil.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar