SON XƏBƏRLƏR

Hörmüz boğazında üç gəmiyə hücum edilib

2026.09.30, 17:39
Hörmüz boğazında üç gəmiyə hücum edilib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi Hörmüz boğazında ən azı üç gəmiyə naməlum mərmilərin dəydiyini açıqlayıb. Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü İran qüvvələrinin bir müddətdir bəzi kiçik gəmilərin keçidinin qarşısını aldığını bildirib.

Mərkəzin məlumatına görə, çərşənbə axşamı bir neft tankeri, mayeləşdirilmiş təbii qaz daşıyan gəmi və daha bir gəmi naməlum mərmilərlə hədəfə alınıb. Hücumların kim tərəfindən həyata keçirildiyi barədə əlavə məlumat verilməyib və araşdırma davam edir.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhəbi deyib: “Uzun müddətdir keçmək istəyən kiçik gəmiləri vurur və onların keçməsinə mane oluruq, amma ABŞ bir müddətdir cavab vermir.”

Bu hadisələr fonunda Hörmüz boğazı İran və ABŞ arasında əsas gərginlik mənbələrindən biri və regionda enerji daşımalarının mühüm marşrutu olaraq qalır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar