SON XƏBƏRLƏR

İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək

2026.10.01, 22:40
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, İraqın Baş naziri Əli Faleh əl-Zeydi hökumətin ölkə ərazisində fəaliyyət göstərən qeyri-iraqlı silahlı qrupların tərksilah edilməsi prosesinə başlayacağını açıqlayıb.

Əl-Zeydi bildirib ki, oktyabrın 1-dən silahların dövlət nəzarətinə keçirilməsi ilə bağlı yol xəritəsinin icrasına ciddi şəkildə başlanılır. Proses razılaşdırılmış yol xəritəsi və vaxt cədvəlinə əsasən aparılacaq və ən geci 30 iyun 2027-ci ilədək başa çatdırılacaq.

O, həmçinin Bağdadın İraq ərazisi və hava məkanından qonşu ölkələrin təhlükəsizliyini təhdid edən hər hansı fəaliyyət üçün istifadəyə icazə verməyəcəyini vurğulayıb.

İraqın Baş naziri ölkənin hava məkanına nəzarətin gücləndirilməsi məqsədilə vahid hava hücumundan müdafiə sisteminin alınmasına başlanacağını da bildirib.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar