SON XƏBƏRLƏR

Hörmüzdə LNG hərəkəti artdı

2026.10.02, 21:34
Hörmüzdə LNG hərəkəti artdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, sentyabr ayında mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin Hörmüz boğazından keçidi ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bəri ən yüksək aylıq səviyyəyə çatıb.

“S&P Global Energy” şirkətinin məlumatlarına əsasən, sentyabr ayında Hörmüz boğazından ümumilikdə 19 LNG yükü keçib. Bu yüklərin 13-ü Qətərə, 6-sı isə Birləşmiş Ərəb Əmirliklərinə aid olub.

“Kpler” şirkəti isə sentyabr ayında Hörmüz boğazından çıxan LNG yüklərinin sayını 21 olaraq açıqlayıb.

LNG yüklərinin keçidinin artması, son həftələrdə bu su yolundan neft daşımalarının da artdığı və müharibədən əvvəlki səviyyələrə yaxınlaşdığı bir vaxtda baş verir.

Müharibədən əvvəl dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçirdi.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar