SON XƏBƏRLƏR

Üç ölkə İran millisi ilə oyunları ləğv edib

2026.10.05, 21:33
Üç ölkə İran millisi ilə oyunları ləğv edib

Venesuela, Ekvatorial Qvineya və Qvineya-Bisau milli komandalarının İran millisi ilə yoldaşlıq oyunlarını ləğv etdiyi bildirilir.

Gunaz.tv

İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bu oyunların “ardıcıl şəkildə” ləğv edildiyini bildirib. Onun sözlərinə görə, Qətər İran millisinin Venesuela və Qvineya ilə oyunlarının keçirilməsinə icazə vermişdi, lakin hər üç komanda planlaşdırılan görüşlərdən imtina edib.

Tac bildirib: “Qətər milli komandanın Qvineya və Venesuela ilə oyunlarının keçirilməsinə icazə vermişdi. Amma təəssüf ki, üç ölkə İran millisi ilə oyunları ardıcıl şəkildə ləğv etdi. Uçuşla bağlı problemimiz yox idi və oyunları məhz bu komandalar ləğv etdilər.”

O, Qvineya-Bisau ilə də razılıq əldə edildiyini, lakin həmin ölkənin federasiyasının hökumətə istinad edərək oyunun keçirilməsinə icazə verilmədiyini açıqlayıb: “Qvineya-Bisau ilə də razılaşdıq, amma onlar da müəyyən səbəbdən oyunu ləğv etdilər. Qvineya-Bisau federasiyası hökumətinə istinad etdi və oyunun keçirilməməsi barədə qərar verildiyini bildirdi. Federasiyanın əlindən heç nə gəlmir.”

Tac həmçinin oyunların ləğv edilməsinin uçuş problemi ilə bağlı olmadığını vurğulayıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar