SON XƏBƏRLƏR

Monteneqro İran-Türkiyə vətəndaşını ABŞ-a təhvil verdi

2026.10.06, 17:35
Monteneqro İran-Türkiyə vətəndaşını ABŞ-a təhvil verdi

Monteneqro ABŞ-da genişmiqyaslı haker əməliyyatında iştirakda ittiham olunan İran-Türkiyə ikili vətəndaşlığına malik Əmir Baratini ABŞ-a təhvil verib.

Gunaz.tv

40 yaşlı Barati 25 iyun 2026-cı ildə FBI-nin sorğusu əsasında Monteneqronun Kotor şəhərində saxlanılıb. O, ABŞ-da kompüter sistemlərinə müdaxilə, kiberdələduzluq və şəxsiyyət məlumatlarının oğurlanması ilə bağlı ittihamlarla üzləşir.

ABŞ prokurorlarının iddiasına görə, hücumlar İranın “Məbna İnstitutu” vasitəsilə həyata keçirilib və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə digər İran qurumlarının maraqlarına xidmət edib.

ABŞ-ın ittihamnaməsinə əsasən, hakerlər 300-dən çox universitet və qurumu hədəfə alaraq 31 terabaytdan çox elmi məlumat və əqli mülkiyyət oğurlayıblar. Universitetlərə dəymiş zərərin təxminən 3,4 milyard dollar olduğu bildirilir.

ABŞ prokurorları Baratini hədəfli fişinq hücumlarının izlənməsi, oğurlanmış istifadəçi məlumatlarının mübadiləsi, potensial hədəflərin müəyyənləşdirilməsi və kompüter şəbəkələrinin kəşfiyyatı ilə məşğul olmaqda ittiham edirlər.

Baratiyə qarşı irəli sürülən ittihamlar hələ məhkəmə tərəfindən sübuta yetirilməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar