SON XƏBƏRLƏR

Əli Vasiqi müvəqqəti sərbəst buraxıldı

2026.10.08, 15:13
Əli Vasiqi müvəqqəti sərbəst buraxıldı

Ərdəbil həbsxanasında saxlanılan milli fəal Əli Vasiqi müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

O, oktyabrın 7-də 5 milyon tümən girov qarşılığında azad edilib.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.
Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

Fəallaara qarşı "qanunsuz qruplara üzvlük" və "sistemə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Əsgər Əkbərzadə sentyabrın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar