SON XƏBƏRLƏR

ÜST: Rusiyada taun laboratoriyasının əməkdaşının ölüm səbəbi məlum deyil

2026.10.11, 08:02
ÜST: Rusiyada taun laboratoriyasının əməkdaşının ölüm səbəbi məlum deyil

Gunaz.tv

Ümumdünya Səhiyyə Təşkilatı Sibirdə taunla mübarizə üzrə tədqiqat mərkəzində çalışan rusiyalı əməkdaşın pnevmoniyaya yoluxaraq ölməsinin səbəbinin hələ də məlum olmadığını açıqlayıb.

Təşkilatın məlumatına görə, ölən əməkdaşın və onunla təmasda olan şəxslərin analizləri yoxlanılan yüksək riskli patogenlər baxımından mənfi nəticələnib. Həmçinin hadisə ilə əlaqədar indiyədək taun xəstəliyinə yoluxma və ya davamlı xəstəlik ötürülməsi halı qeydə alınmayıb.

Hadisə oktyabrın 2-də baş verib və təxminən 200 nəfərin karantinə alınmasına səbəb olub. Rusiya rəsmiləri həmin əməkdaşla təmasda olan şəxslərin tibbi müayinələrinin başa çatdığını və hadisə ilə bağlı məlumatların Ümumdünya Səhiyyə Təşkilatına təqdim edildiyini bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı əməkdaşın xəstəliyinin və ölümünün dəqiq səbəbinin hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar